“Vest Hem” klubunun baş məşqçisi müəyyənləşib

8 Noyabr 2017 13:33

Xəbər 945 dəfə oxunub

“Vest Hem” futbol klubunun yeni baş məşqçisi müəyyənləşib.Azərtac xəbər verir ki, komandanı mövsümün sonunadək Devid Moyes çalışdıracaq. Şotlandiyalı mütəxəssisin təyinatının sabah rəsmən elan ediləcəyi gözlənilir.“Vest Hem”in uğursuz çıxışına görə klub rəhbərliyi baş məşqçi Slaven Biliçlə yolları ayırıb.D.Moyes ötən mövsüm “Sanderlend”i çalışdırıb. O, 2013-2014-cü illərdə “Mançester Yunayted”də işləyib.xeber100.com