“Vesthem” komandası “Arsenal”ı qəbul edib

13 Yanvar 2019 14:51

Xəbər 645 dəfə oxunub

İngiltərə Premyer Liqası 22-ci turunda “Vesthem” komandası “Arsenal”ı qəbul edib.Trend-in məlumatına görə, görüşdə hesab meydan sahiblərinin minimal fərqlə qələbəsi ilə başa çatıb – 1:0.Görüşdə yeganə qolu 48-ci dəqiqədə Rays vurub.Bununla da, “Vesthem” turnir cədvəlində 31 xalla 8-ci pillədə, “Arsenal” isə 41 xalla 5-ci qərarlaşıb.xeber100.com