Veyk-an Zee şahmat festivalının beşinci turunun oyunları keçiriləcək

16 Yanvar 2020 13:11

Xəbər 532 dəfə oxunub

Yanvarın 16-da Veyk-an Zee şahmat festivalının (“Tata Steel Chess 2020”) beşinci turunun oyunları keçiriləcək.Azərtac xəbər verir ki, turnirin B qrupunda mübarizə aparan təmsilçimiz Rauf Məmmədov növbəti turda yerli idmançı Jan Smitslə üz-üzə gələcək.Qeyd edək ki, təmsilçimiz ötən 4 turun nəticəsinə görə 2,5 xal toplayıb. O, bu göstərici ilə 2-5-ci yerləri bölüşür.xeber100.com