Oktyabrın 24-26-da Riqada Böyük Britaniyanın “Confidence Capital” şirkətinin təşkilatçılığı ilə neft-qaz ticarəti və nəqli üzrə VI Baltik konfransı keçiriləcək. Konfransın media tərəfdaşlarından biri olan Azərtac xəbər verir ki, tədbirin proqramına Baltik regionunun və Şimal-Şərqi Avropanın neft və neft məhsulları bazarlarının xülasəsi və proqnozları, əsas ixrac istiqamətlərinin konyunkturasının – Amsterdam-Rotterdam-Antverpen üçbucağının təhlili, Çin, Şimali Amerika kimi arbitraj istiqamətləri daxildir. Görüşdə regionda nəqliyyat infrastrukturunun və əməliyyat imkanlarının inkişafı – boru kəməri layihələri, dəmir yolu və dəniz daşımaları, terminallar, Şərqi Baltik ölkələrinin qaz bazarları, regionun maye qazla təchizatı haqqında aktual informasiya veriləcək. Konfrans iştirakçıları Şərqi Baltik regionunda və Şimal-Şərqi Avropada ticarət əməliyyatlarının aparılmasına dair məsələləri müzakirə edəcək, mövcud infrastrukturdan istifadənin və alternativ ticarət marşrutlarının inkişafının yeni imkanlarını dəyərləndirəcəklər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…