İyunun 5-də Azərbaycanda VI Şairlər Günü qeyd olunacaq. Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat xidmətindən bildirilib ki, Mədəniyyət və Turizm Nazirliyinin, AYB-nin, Gənc Şairlər Birliyinin təşkilatçılığı, Türkiyə Böyükelçiliyi Kültür və Tanıtma Müşavirliyinin, Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyi və Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilati dəstəyi ilə Beynəlxalq Muğam Mərkəzində keçiriləcək tədbir böyük Azərbaycan şairi, müasir şeirin görkəmli nümayəndəsi Vaqif Səmədoğlunun yaradıcılığına həsr ediləcək. Xalq Şairi Vaqif Səmədoğlunun nəşr edilmiş “Sandıq şeirləri”nin təqdimatı da məhz həmin gün olacaq. Bildirilib ki, iyunun 5-i həm də Mikayıl Müşfiqin doğum günüdür. Odur ki, tədbirin təşkilatçıları məhz Müşfiqin adını daşıyan mükafatın şairlərə verilməsini məqsədəuyğun hesab edirlər. Şairlər Gününün başqa bir özəlliyi isə həmin gün şair və yazıçıların Müşfiqin rəmzi məzarına – Xəzər dənizinə gülsəpmə mərasimində iştirak etməsidir. Həmçinin Vaqif Səmədoğlunun da xatirəsi anılacaq, Xalq Şairinin əsərləri və sözlərinə yazılmış mahnılar səsləndiriləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Messi influenzato…
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
“Вниз по течению”…