Noyabrın 6-da Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı təşkilatı (APEC) liderlərinin sammitinin start götürəcəyi Vyetnamda güclü fırtına nəticəsində həlak olanların sayı 47 nəfərə çatıb, 21 nəfər isə itkin düşüb.“Viet Nam News” qəzetinin yaydığı məlumata görə, təbii fəlakət iki gün əvvəl sammitin keçiriləcəyi Dananqa şəhərindən 500 kilometr cənubda yerləşən Nyaçanq şəhəri yaxınlığında baş verib. Burada küləyin sürəti saatda 90 kilometrə çatıb. Fırtına minlərlə evin damını uçurub, yüzlərlə elektrik dirəyini aşırıb. Bir sıra rayonlarda yolları su yuyub, məktəblərdə dərslər dayandırılıbYerli hakimiyyət orqanları baş verə biləcək fırtına, daşqın və sunami zamanı sammit iştirakçılarının təhlükəsizliyini təmin etmək üçün bir neçə plan hazırlayıb. Sammitdə ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putin, Yaponiyanın Baş naziri Sinzo Abe, Çin Xalq Respublikasının Sədri Si Çinpin və bir sıra digər dünya liderlərinin iştirakı gözlənilir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…