Oktyabrın 31-dən noyabrın 1-dək Bakıda VII Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək. Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı ticarət nümayəndəsi Eldar Tlyabiçevin Azərtac-a verdiyi məlumata görə, Forum çərçivəsində Azərbaycan ilə Rusiya ilə arasında regionlararası və sərhəd əməkdaşlığı məsələləri, perspektivli infrastruktur layihələri, regionlararası sahədə iqtisadi və maliyyə əməkdaşlığı, Rusiya-Azərbaycan humanitar məkanının problemləri və perspektivləri, iki ölkənin qarşılıqlı strateji əlaqələri nəzərdən keçiriləcək. Eyni zamanda, müxtəlif “dəyirmi masa”lar və iki ölkənin işgüzar dairələrinin nümayəndələri üçün əlaqə birjası təşkil ediləcək. Eldar Tlyabiçevin sözlərinə görə, bu gün Rusiya Federasiyasının 17 subyekti Azərbaycandakı tərəfdaşları ilə birlikdə ticari-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında sazişlər həyata keçirir. Rusiyanın 70-dən çox regionunun müəssisə və şirkətləri isə Azərbaycan Respublikası ilə ticarət əlaqələri saxlayır.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…