VII beynəlxalq turnir start götürüb

16 Dekabr 2016 11:38

Xəbər 841 dəfə oxunub

Bu gün Dağıstanın Kaspiysk şəhərində dünya və beşqat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir start götürüb.Bu barədə Azərtac-a Azərbaycan Güləş Federasiyasından məlumat verilib.Dekabrın 17-dək davam edəcək turnirdə böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Ruslan Şəmilovun rəhbərliyi altında yığma komandanın 19 üzvü mübarizə aparacaq.xeber100.com