“Viktoriya” (Plzen) – “Qarabağ” oyununda birinci hissə başa çatıb

23 Avqust 2022 10:43

Xəbər 251 dəfə oxunub

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Viktoriya” (Plzen) – “Qarabağ” oyununda birinci hissə başa çatıb.Çexiyadakı “Dusan Arena”da oynanılan matçda Ağdam təmsilçisi fasiləyə üstün yollanıb. Matçın 38-ci dəqiqəsində “Qarabağ”ın heyətində Filip Ozobiçin vurduğu qol ilk hissədə komandamızın üstünlüyünü təmin edib – 1:0.Qeyd edək ki, komandalar arasında Bakıda təşkil olunan ilk matçda hesab açılmayıb.xeber100.com