Tbilisidə futbol üzrə Vitali Daraseliya turnirinə yekun vurulub.Azərtac xəbər verir ki, yarışın sonuncu günündə həlledici qarşılaşmalar oynanılıb. “Qəbələ”nin 16 yaşadək futbolçulardan ibarət komandası 5-ci yer uğrunda matçda Türkiyənin “Trabzonspor” klubu ilə görüşüb. “Qırmızı-qaralar” bu qarşılaşmada 1:3 hesabı ilə məğlub olublar. Komandamızın qoluna Təbriz İsazadə imza atıb.Beləliklə, Şəhruz Mustafayevin baş məşqçisi olduğu komanda turniri 6-cı yerdə başa vurub.Yarışın qalibi isə Kiyev “Dinamo”su olub. Ukrayna təmsilçisi finalda Hollandiya “Alkmaar”ını məğlub edib. Üçüncü yer uğrunda matçda Belçika “Gent”i İtaliya “İnter”indən güclü olub.Yeddinci yer uğrunda matçda isə Tbilisi “Dinamo”su Zaqrebdən olan həmklublarına 3:1 hesabı ilə qalib gəlib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…