Vitamin çatışmamazlığı

6 Fevral 2016 14:43

Xəbər 1455 dəfə oxunub

Bəzi dəri, sinir sistemi xəstəlikləri B6 vitamin çatışmazlığından qaynaqlanır. Müntəzəm qidalanmaqla B6 çatışmazlığı problemi həll edilə bilər.

 

Bədənin proteinləri sintez edə bilməsi, nişasta və şəkər karbohidratları ilə maqneziumu işlədə bilməsi, sinirlər arasında əlaqə yarada bilməsi üçün bu vitaminə ehtiyacı var.

 

 

B6 vitamin əskikliyinin səbəbləri

 

Deyilənə görə, qidalardakı qatqı maddələri B6 vitamin əskikliyinə yol açır. Alınan protein miqdarı artdıqca bu proteini sintez edə bilmək üçün B6 vitamininə ehtiyac duyulur. Yəni protein qəbulu çox olduğu halda bu vitamin miqdarı da çox olmalıdır.

 

 

Çatışmazlığı nələrə səbəb olur?

 

Hüceyrə yenilənməsi yavaşladığı üçün dəridə yaşlanma əlamətləri ortaya çıxır, eqzema və dəri iltihabları yaranır. Həzm sistemi sink ifrazını yetərincə gerçəkləşdirə bilmir. Sinir sisteminin fəaliyyəti axsayacağı üçün depressiyaya yol açır. Əzələlər zəifləyir. Görmə zəifliyi ortaya çıxır.

 

 

B6 vitamini hansı qidalarda olur?  

 

Banan, avokado ispanaq, sarımsaq, balıq, qırmızı ət, toyuq, kartof, kök, yumurta, paxlalılar, düyü, buğda unu, kəpək çörəyi, quru yemişlər B6 vitamini ilə zəngindir. Bunlarla müntəzəm qidalanmaq B6 əskikliyini həll edir.

Koronavirusun yeni variantı ilə bağlı əhaliyə xəbərdarlıq edilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virusla bağlı əhaliyə xəbərdarlıq edib. TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva açıqlamasında bildirib ki, artıq bir neçə aydır COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virus son zamanlar bütün dünyada sürətlə yayılmaqdadır. O bildirib ki, xüsusilə ABŞ, Çin, Böyük Britaniya və Avropanın digər ölkələrində yeni yoluxmalara və yoluxma saylarında artıma səbəb olub: "Bu hal ilk dəfə deyil, daha öncə də COVID-19-un digər ştammlarında qeydə alınıb. Tendensiya onu göstərir ki, hər bir yeni yaranmış ştam özündən öncəki ştammdan daha yüngül simptomlara malik olur. Lakin yeni ştammlarların yoluxduruculuq qabiliyyəti əvvəlkilərdən yüksək olması ilə fərqlənir. Bu isə qısa zamanda kütləvi yoluxmalara səbəb olur". Hazırda Azərbaycanda COVID-19 xəstəliyinin yeni ştamına yoluxma hallarına rast gəlinmədiyini xatırladan TƏBİB rəsmisi vurğulayıb ki, insanların böyük əksəriyyəti COVID-19 xəstəliyini artıq keçirib və sağalıb: "Ölkədə peyvəndlənmə faizi də qənaətbəxş hesab ediləcək səviyyədədir. COVID-19-un alt variantı olan EG.5-ə qarşı xüsusi peyvənd növünün hazırlanması və xüsusi peyvəndlənmə prosesinin başlanılması barədə beynəlxalq protokollarda tövsiyələr mövcud deyil. Hər zaman olduğu kimi, COVID-19-un bütün ştammlarına qarşı risk qrupuna daxil olan şəxslər daha diqqətli olmalıdırlar. Risk qrupuna yanaşı və xroniki xəstəlikləri olanlar, peyvənd olunmayan şəxslər daxildir". Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə dünya üzrə son zamanlar COVID-19-a yoluxanların sayı 38 % artıb. Belə ki, Koreya, İtaliya, Böyük Britaniya, Avstraliya və Sinqapurda yoluxma sayında kəskin artım qeydə alınıb. Hazırda ABŞ-da COVİD-ə yoluxma 2020-ci ilin ilk pandemiyasının statistikasına yaxınlaşır. Ölüm halları avqust ayı ilə müqayisədə 5% artıb. Qardaş Türkiyədə isə yeni ştamla əlaqəli həyəcan təbili çalınıb.xeber100.com

Sentyabr 18, 2023 14:05