Voleybol birinciliyinə start verilib

21 Noyabr 2016 10:48

Xəbər 886 dəfə oxunub

Noyabrın 21-də Ali Hərbi Məktəbində Silahlı Qüvvələrdə voleybol birinciliyinə start verilib.Azərtac xəbər verir ki, şəhid Nadir Bədəlovun xatirəsinə həsr olunan yarışın açılış mərasimində çıxış edənlər ölkəmizdə hərbçilərə və şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışıblar.Sonra Nadir Bədəlova həsr olunan videoçarx nümayiş etdirilib.Tədbirdə Nadir Bədəlovun ailə üzvləri, şəhidin adını daşıyan məktəbin kollektivi də iştirak edib.Yeddi gün davam edəcək yarışda 12 komanda birincilik uğrunda mübarizə aparacaq.xeber100.com