Voleybol komandaları arasında Super Liqanın qalibi müəyyənləşib

3 Aprel 2018 11:38

Xəbər 650 dəfə oxunub

Qadın voleybol komandaları arasında Azərbaycan Super Liqasının qalibi müəyyənləşib.Azərtac xəbər verir ki, “Azərreyl” komandası mövsümün başa çatmasına 3 tur qalmış çempionluğunu bayram edib. Belə ki, Super Liqanın doqquzuncu turunda “Azərreyl” komandası “Abşeron”a 3:1 hesabı ilə qalib gələrək çempionluğunu rəsmiləşdirib. Hesabındakı xalların sayını 27-yə çatdıran “Azərreyl” rəqibləri üçün əlçatmaz olub.Qeyd edək ki, bu, “Azərreyl”in ikinci ölkə çempionluğudur.xeber100.com