Voleybol komandaları arasında VI tura start verilib

21 Dekabr 2016 11:19

Xəbər 805 dəfə oxunub

Dekabrın 20-də qadın voleybol komandaları arasında Azərbaycan Super Liqasında VI tura start verilib.Azərtac xəbər verir ki, turun ilk qarşılaşması Voleybol Mərkəzində “Azərreyl” və “Azəryol” komandaları arasında oynanılıb.Görüşün hər üç seti “Azərreyl”in xeyrinə yekunlaşıb – 25:22, 29:27, 25:20.Turun digər oyunu – “Lokomotiv”-“Telekom” isə dekabrın 28-də keçiriləcək.Hesabında 16 xal olan “Azərreyl” turnir cədvəlində birinci pilləyə yüksəlib. “Telekom” 15 xalla ikinci, “Azəryol” isə 10 xalla üçüncü yerdədir.xeber100.com