Voleybol Konfederasiyasından yeni təyinat…

16 Yanvar 2017 10:48

Xəbər 875 dəfə oxunub

Azərbaycanlı hakim Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən yeni təyinat alıb.Azərtac xəbər verir ki, beynəlxalq dərəcəli hakim Zaur Hacıyev kişi voleybol komandaları arasında CEV kuboku yarışlarının onaltıdabir final mərhələsi çərçivəsində keçiriləcək “Fənərbaxça” (Türkiyə) – “Hapoel” (İsrail) görüşünün baş hakimi olacaq. Ona yunanıstanlı həmkarı Emmanuel Qeorqiadis kömək edəcək.Görüş yanvarın 18-də İstanbulda təşkil olunacaq.Komandalar arasında keçirilən ilk oyunda İstanbul təmsilçisi 3:0 hesabı ilə qalib gəlib.xeber100.com