Voleybol üzrə “Zəfər kuboku” yarışı keçiriləcək

4 İyul 2022 09:59

Xəbər 362 dəfə oxunub

22 iyul – Milli Mətbuat Günü münasibətilə jurnalistlər arasında voleybol üzrə “Zəfər kuboku” yarışı keçiriləcək.İdman Araşdırmalar Mərkəzinin, Azərbaycan İdman Jurnalistləri İctimai Birliyinin, Azərbaycan Voleybol Federasiyası (AVF) və “Avropa Group”la birlikdə təşkil edəcəyi yarışa 8 komanda qatılacaq. Bunlar işğaldan azad olunmuş əraziləri təmsil edən “Şuşa”, “Ağdam”, “Kəlbəcər”, “Füzuli”, “Zəngilan”, “Xankəndi”, “Xocalı” və “Suqovuşan”dır.İyulun 5-də saat 12:00-da AVF-in mənzil-qərargahında atılacaq püşk nəticəsində dörddəbir final cütlərinin tərkibi müəyənləşəcək. Bu mərhələnin oyunları iyulun 11-də keçiriləcək. İyulun 16-da yarımfinal, iyulun 22-də final qarşılaşmaları oynanılacaq.Turnirin qalibinə kubok, pul mükafatı və diplomlar veriləcək. Eyni zamanda yarışın ən yaxşı voleybolçusu pul mükafatı alacaq.xeber100.com