İyulun 26-da “EYOF Bakı 2019” XV Avropa Gənclər Olimpiya Festivalında kişi və qadın voleybolçuların mübarizəsinin dördüncü günündə ilk yarımfinal görüşləri yekunlaşıb.Azərtac xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-Sağlamlıq Mərkəzində keçirilən qızların yarışında birinci yarımfinal oyununda Rusiya və Türkiyə milliləri finalda mübarizə aparmaq uğrunda görüşüblər.Gərgin idman mübarizəsi şəraitində keçən oyunda Rusiya voleybolçuları rəqiblərini 3:1 (25:22, 20:25, 25:22, 25:21) hesabı ilə məğlub edərək festivalın finalına yüksəliblər. Həlledici qarşılaşmada onların rəqibi İtaliya – Rumıniya cütünün qalibi olacaq. Türkiyə isə üçüncü yer uğrunda mübarizə aparacaq.Azərbaycan Voleybol Mərkəzində təşkil olunan qızların mübarizəsində isə növbəti qarşılaşma 5-8-ci yerlər üçün Ukrayna və Belarus komandaları arasında olub. Bu görüşdə Belarus millisi rəqibinə qalib gəlib – 3:1 (25:27, 25:21, 25:23, 25:20). Beləliklə, Belarus yığması 5-6-cı, Ukrayna seçməsi isə 7-8-ci yerlər uğrunda yarışacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…