Voleybol yarışlarının təqvimi müəyyənləşib

19 Aprel 2017 11:26

Xəbər 950 dəfə oxunub

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının voleybol yarışlarının təqvimi müəyyənləşib.Azərtac xəbər verir ki, qadın voleybolçuların yarışında 5 komanda birincilik uğrunda mübarizə aparacaq.Millimiz ilk oyununu mayın 11-də Qırğızıstan yığmasına qarşı keçirəcək. İki gün sonra voleybolçularımız Tacikistan yığması ilə üz-üzə gələcəklər. Mayın 14-də Azərbaycan millisi Türkiyə yığmasını qəbul edəcək.Yarışın yarımfinal mərhələsi mayın 17-də, final oyunu isə bir gün sonra təşkil olunacaq.Kişi voleybolçuların mübarizəsində isə 8 milli iki qrupda yarışacaq. “A” qrupunda yer alan yığmamız IV İslam Həmrəyliyi Oyunlarına mayın 11-də Pakistan ilə oyunla başlayacaq. Millimiz mayın 13-də Türkiyə, mayın 16-da Fələstin, bir gün sonra isə Türkmənistanı sınağa çəkəcək.Kişilərin mübarizəsində yarımfinal görüşləri mayın 20-də, qızıl medal uğrunda oyun isə bir gün sonra keçiriləcək.xeber100.com