Voleybol yığması yoxlama oyunu keçirməyi planlaşdırır

17 İyul 2017 11:17

Xəbər 997 dəfə oxunub

Qətərin gənc oğlanlardan ibarət voleybol yığması Azərbaycanda səfərdədir.Azərtac xəbər verir ki, komandanın səfərinin məqsədi Azərbaycan millisi ilə birlikdə təlim-məşq toplanışı keçməkdir.Azərbaycan Voleybol Mərkəzində məşq edəcək komandaların bir neçə yoxlama oyunu keçirməsi də planlaşdırılır.Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları ərəfəsində Qətər və Azərbaycan voleybol federasiyaları arasında qarşılıqlı əməkdaşlıqla bağlı müqavilə imzalanıb. Yaxın gələcəkdə Azərbaycan yığmalarının da Qətərə yollanması nəzərdə tutulub.xeber100.com