Voleybolçular arasında Avropa çempionatı keçiriləcək

11 Avqust 2021 11:44

Xəbər 328 dəfə oxunub

Avqustun 18-dən sentyabrın 4-dən qadın voleybolçular arasında Avropa çempionatı keçiriləcək. Çempionatda 24 komanda 4 qrupda mübarizə aparacaq.Azərtac xəbər verir ki, millimiz Belçika, Fransa, Bosniya və Herseqovina, Serbiya və Rusiya yığmaları ilə eyni qrupda yarışacaq. Qrup oyunları Serbiyanın paytaxtı Belqradda olacaq.Bakıdakı məşqlərdən sonra komandamız hazırlığı ölkə xaricində davam etdirir. Yunanıstan və Macarıstan toplanışından sonra voleybolçularımız Bosniya və Herseqovinada hazırlıq keçir. Komandamız həm fiziki, həm də taktiki məşqlərdə iştirak edir.Millimiz Avropa çempionatına Belçika yığması ilə oyunla start verəcək. Qarşılaşma avqustun 20-nə təyin olunub. Bir gün sonra Bosniya və Herseqovina seçməsilə qarşılaşacaq komandamız avqustun 22-də Rusiya kollektivi ilə üz-üzə gələcək. Voleybolçularımızın serbiyalı rəqibləri ilə görüşü avqustun 24-də olacaq. Komandamız qrupda sonuncu oyununu avqustun 25-də Fransa yığmasına qarşı keçirəcək.Qrup mərhələsində ilk 4 yeri tutan komanda pley-off mərhələsinə yüksələcək.Avropa çempionatının oyunlarına 4 ölkə – Bolqarıstan, Rumıniya, Serbiya və Xorvatiya ev sahibliyi edəcək.xeber100.com