Voleybolçular arasında dünya çempionatının püşkü atılıb

7 Dekabr 2017 14:31

Xəbər 685 dəfə oxunub

Gələn il Yaponiyada keçiriləcək qadın voleybolçular arasında dünya çempionatının püşkü atılıb.Azərtac xəbər verir ki, mundialda mübarizə aparacaq Azərbaycan yığması Rusiya, ABŞ, Tailand, Trinidad və Tobaqo, Koreya Respublikası kollektivləri ilə birgə “C” qrupunda yarışacaq.Püşkün nəticələri aşağıdakı kimidir:

“A” qrupu: Yaponiya, Hollandiya, Argentina, Almaniya, Kamerun, Meksika;

“B” qrupu: Çin, İtaliya, Türkiyə, Bolqarıstan, Kanada, Kuba;

“C” qrupu: Azərbaycan, ABŞ, Rusiya, Koreya Respublikası, Tailand, Trinidad və Tobaqo;

“D” qrupu: Serbiya, Braziliya, Dominikan Respublikası, Puerto-Riko, Qazaxıstan, Keniya.

Qeyd edək ki, 2018-ci il dünya çempionatı Yaponiyanın altı şəhərində – Hamamatsu, Yokohama, Kobe, Naqoya, Sapporoda və Osakada keçiriləcək. Dünya çempionatı sentyabrın 29-dan oktyabrın 20-dək təşkil ediləcək.xeber100.com