Bu gün Bakının “Azərreyl” komandası qadın voleybolçular arasında Çempionlar Liqasında növbəti oyununu keçirəcək.Azərtac xəbər verir ki, Bakı təmsilçisi Azərbaycan Voleybol Mərkəzində İstanbulun “Fənərbağça” komandasını qəbul edəcək.Görüşün baş hakimi rusiyalı Aleksandr Pavlov olacaq. Ona yunanıstanlı həmkarı Epaminondas Qerothoduros kömək edəcək.“Azərreyl” komandası növbəti mərhələyə vəsiqəni təmin etmək üçün oyunda ən azı 2 seti öz xeyrinə başa vurmalıdır. Xal qazanmadan məğlubiyyət isə komandamızın işini çətinləşdirə bilər.Hesabında 12 xal olan “Fənərbağça” qrup lideridir və növbəti mərhələyə vəsiqəni təmin edib. “Azərreyl” 9 xalla ikinci, Polşanın “Dabrova Qornitsa” klubu 6 xalla üçüncü pillədə yer alır. Fransanın “Sen-Rafael” komandasının isə xalı yoxdur.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…