Voleybolçular arasında növbəti turun keçirilmə vaxtı dəqiqləşib

25 Mart 2022 13:11

Xəbər 483 dəfə oxunub

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti turun keçirilmə yeri və vaxtı dəqiqləşib.Azərbaycan Voleybol Federasiyası xəbər verir ki, XIII turun oyunları martın 26-da təşkil olunacaq.Günün ilk qarşılaşmasında saat 15:00-da “Neftçi” və “Sərhədçi” üz-üzə gələcək. Bu matçdan 2 saat sonra “Ekspress” – MOİK oyununa start veriləcək.Hər iki görüş “Murov” voleybol klubunun idman zalında baş tutacaq.xeber100.com