Ölkə çempionatlarının açılış mərasimi keçirilib

17 Dekabr 2021 20:00

Xəbər 847 dəfə oxunub

Dekabrın 17-də qadın və kişi voleybolçular arasında ölkə çempionatlarının açılış mərasimi keçirilib.“Murov” idman klubunda təşkil olunan mərasimdə əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Federasiya prezidenti Cavid Qurbanov mərasimdə çıxış edərək ölkəmizdə və dünyada tüğyan edən koronavirus pandemiyasının bütün sahələrə, o cümlədən idmana, eləcə də voleybola təsirsiz ötüşmədiyini bildirib. Qeyd edib ki, bu səbəbdən voleybol üzrə sonuncu ölkə çempionatı da yarımçıq dayandırılıb.Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Qələbədən söhbət açan C.Qurbanov bildirib: “Prezident Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu böyük Qələbəyə imza ataraq tarixi torpaqlarını işğaldan azad edib. Torpaqlarımızın azadlığı uğrunda şəhid olan Vətən övladlarının xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq”.O, otuz ilə yaxın müddətdə ata-baba yurdunun həsrətini çəkən xalqımızın bu şanlı Zəfər sayəsində artıq doğma torpaqlarına qovuşduqlarını bildirib.Federasiya prezidenti yaxın gələcəkdə voleybolun inkişafı istiqamətində bir sıra işlərin görüləcəyini vurğulayıb.Azərbaycan Voleybol Federasiyasının birinci vitse-prezidenti Faiq Qarayev çıxışında son illərdə ölkəmizdə voleybolun inkişaf etdiyini bildirib. Qeyd edib ki, gələcəkdə regionlardan gənc və perspektivli voleybolçuların, eləcə də əcnəbi idmançıların oyunçuların cəlb olunması planlaşdırılır.Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra çempionat açıq elan olunub.Qeyd edək ki, mövsümə qadın voleybolçular arasında Super Liqanın “Murov” və “Abşeron” komandalarının oyunu ilə start verilib. Daha sonra kişi voleybolçular meydana çıxacaqlar. Yüksək Liqa çərçivəsində MOİK və “Neftçi” üz-üzə gələcəklər. Qarşılaşmalardan əvvəl çempionatların rəsmi açılış mərasimi təşkil olunacaq.Super Liqada “Murov” və “Abşeron” ilə yanaşı, “Azərreyl” və UNEC çempion adı uğrunda mübarizə aparacaq. Yüksək Liqada isə MOİK, “Neftçi” “Murov”, “Express” və “Sərhədçi” komandaları qüvvələrini sınayacaqlar. Qadın voleybolçuların yarışı 6, kişilərin mübarizəsi 4 dövrədən ibarət olacaq. Yekunda xallar bərabər olarsa, çempion qələbə sayına əsasən elan ediləcək. Koronavirus pandemiyası ilə əlaqədar karantin rejiminə uyğun olaraq qarşılaşmalar azarkeşsiz keçiriləcək .Qeyd edək ki, dekabrda qadınlar və kişi voleybolçular arasında Birinci liqa yarışlarına da start veriləcək.xeber100.com

Həndbol Federasiyası: Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib

Həndbol üzrə Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib. Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, kişilərin yarışında tura “Dinamo” – “Azəryol” görüşü ilə start verilib. “AHF Arena”da keçirilən oyuna favorit qismində çıxan nominal qonaqlar etimadı doğruldublar. “Azəryol”un üstünlüyü ilə yadda qalan qarşılaşma 24:49 hesabı ilə başa çatıb. “Təhsil” – “İdman Akademiyası” matçı daha gərgin mübarizə şəraitində keçib. Fasiləyə 3 topluq üstünlüklə yollanan “Təhsil” qalan vaxtda rəqibin vəziyyəti dəyişməsinə imkan verməyib - 30:28. Maraqlı mübarizə vəd edən “Bakı” – “Kür” görüşündə isə qonaqların qələbəsinə inananlar yanılmayıblar. Yüksək əzmkarlıq nümayiş etdirən Mingəçevir həndbolçuları paytaxtdan uğurlu nəticə ilə dönməyi bacarıblar - 20:26. Qadın həndbolçuların çempionatında 7-ci tur “Bakı” – “Gənclər Birliyi” matçı ilə başlanıb. İlk hissədən təşəbbüsə yiyələnən paytaxtın eyniadlı komandası fasilədən sonrakı üstünlüyünü də tabloda əks etdirib - 35:25. “Kür” komandası da azarkeşlərini sevindirib. Mingəçevirin həndbolçuları növbəti qələbəni “İdman Akademiyası” ilə oyunda rəsmiləşdiriblər - 49:16. Yeddinci tura yanvarın 21-də keçiriləcək “Azəryol” – “Qarabağ” matçı ilə yekun vurulacaq.xeber100.com  

Yanvar 15, 2024 14:10

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Quba – İdman Paytaxtı 2024″ün açılış mərasimi keçirilib

Gənclər və İdman Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Quba - İdman Paytaxtı 2024"ün açılış mərasimi keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra "Quba - İdman Paytaxtı 2024"ün maskotu "Fuji" tamaşaçılara təqdim edilib. Bunun tarixi və əlamətdar hadisə olduğunu deyən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Prezident İlham Əliyevin dəstəyi ilə regionlarda müasir standartlara cavan verən idman komplekslərinin tikildiyini vurğulayıb. Bölgədə 8 mindən artıq gəncin idmanla məşğul olduğunu söyləyən İ. Mahmudov idmançıların yerli və beynəlxalq yarışlarda qazandığı uğurlardan bəhs edib. Gənclər və idman naziri Fərid Qayıbov Quba Olimpiya İdman Kompleksində yaradılan yüksək şəraitdən danışıb. O, kompleksdə müxtəlif idman növləri üzrə təlim-məşq toplanışları və yarışların keçiriləcəyini diqqətə çatdırıb. Gimnastika üzrə Azərbaycan millisinin də hazırda Quba Olimpiya İdman Kompleksində hazırlıq keçdiyi bildirilib. Daha sonra nazir idman paytaxtının rəmzi açarını icra başçısına təhvil verib. Ardınca sambo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Zaur Paşayev və peşəkar MMA döyüşçüsü, 4 qat dünya çempionu Vüqar Kərəmov çıxış ediblər. Onlar hazırda beynəlxalq arenada Azərbaycanı təmsil edən bütün idmançılara uğurlar arzulayıblar. Tədbir bədii hissə ilə davam edib. Müxtəlif idman növləri üzrə federasiyaların üzvlərinin paradından sonra respublikanın tanınmış incəsənət ustaları və müğənnilərinin iştirakı ilə möhtəşəm konsert proqramı təşkil olunub.xeber100.com

Yanvar 15, 2024 14:02