Voleybolçulardan ibarət “Azərreyl” klubu Çağırış Kubokunda ikinci oyununa çıxacaq

18 Oktyabr 2023 13:56

Xəbər 432 dəfə oxunub

Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu bu gün Çağırış Kubokunda ikinci oyununa çıxacaq. Komanda 1/32 finalın cavab matçında Ukraynanın “Balta” kollektivi ilə qarşılaşacaq.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək görüş saat 20:00-da başlayacaq.

Qeyd edək ki, bu komandalar arasında eyni məkanda baş tutmuş ilk qarşılaşmada “Azərreyl” 3:0 hesablı qələbə qazanıb.xeber100.com