“Volfsburq” futbol klubu Almaniya kuboku yarışlarından kənarlaşdırılıb

17 Avqust 2021 19:42

Xəbər 357 dəfə oxunub

“Volfsburq” futbol klubu Almaniya kuboku yarışlarından kənarlaşdırılıb.Azərtac Bundesliqa təmsilçisinin rəsmi saytına istinadla xəbər verir ki, buna komandanın əvəzetmə qaydalarını pozması səbəb olub. Baş məşqçi Van Bommel “Proyssen”ə qarşı səkkizdəbir final matçında 6 əvəzetmə edib.Qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. “Volfsburq” əlavə vaxtda 3:1 hesablı qələbə qazanıb.”Proyssen”in etirazından sonra Almaniya Futbol İttifaqı komandanı 2:0 hesablı qələbəyə layiq görüb.xeber100.com