Azərbaycan təbii qazını Avropaya daşıyacaq “Trans-Adriatik” (TAP) qaz boru kəməri layihəsi yanvarın 29-31-də Vyanada keçiriləcək XI Avropa Qaz Konfransında (European Gas Conference 2018) əsas müzakirə mövzusu olacaq.Azərtac xəbər verir ki, bu barədə boru kəmərinin operatoru olan TAP AG şirkəti məlumat yayıb. Bildirilir ki, TAP-ın kommersiya və xarici əlaqələr üzrə direktoru Ulrike Andres konfransın boru kəmərləri və bir-birinə bağlı olan bir neçə panelinə qatılacaq, TAP-ın inkişafı və layihənin faydaları barədə danışacaq.Konfransda “Cənub Qaz Dəhlizi” layihəsinin inkişafı və TAP boru kəməri layihəsinin icra vəziyyəti, həmçinin qaz və dekarbonizasiyanın gələcəyi də müzakirə edilməsi nəzərdə tutulan məsələlərdəndir.Avstriyanın “OMV” şirkətinin təşkilatçılığı ilə baş tutacaq konfransda aparıcı enerji şirkətlərinin 430-dan çox nümayəndəsi iştirak edəcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…