Vyetnam Sosialist Respublikasında Xalq şuralarına seçkilər keçirilir

23 May 2021 19:41

Xəbər 397 dəfə oxunub

Vyetnam Sosialist Respublikasında Milli Assambleyaya və yerli qanunverici orqan funksiyasını oynayan Xalq şuralarına seçkilər keçirilir.Azərtac yerli mediaya istinadla xəbər verir ki, səhər saat 7-də başlayan səsvermə prosesi ölkə üzrə təxminən 80 min məntəqə üzrə təşkil olunub. Ölkədə 69 milyon seçicinin səsvermədə iştirak hüququ var.Vyetnamın 500 yerlik parlamentinə deputat seçilmək üçün 866 nəfərin namizədliyi irəli sürülüb. Vilayətlərin Xalq şuralarına 3726, rayonların Xalq şuralarına 22 min 953, daha aşağı yaşayış məntəqələrinin Xalq şuralarına isə 242 min 312 nəfər üzv seçilməlidir.Mayın 22-də bəzi yaşayış məntəqələrində erkən səsvermə təşkil olunub.Vyetnamda qanunverici orqanlara 5 ildən bir keçirilən seçki bu il COVID-19 pandemiyası ilə əlaqədar epidemiya əleyhinə sərt qaydalara uyğun təşkil olunur. Dövlət Seçki Komissiyası seçicilərdən məntəqə seçki komissiyalarında olarkən maska taxmağı, sosial məsafəni qorumağı xahiş edib. Xəstəxanalarda, izolyasiya yerlərində və karantin tətbiq olunan yaşayış məntəqələrindəki seçicilərin səsvermədə iştirakını təmin etmək üçün səyyar qruplar fəaliyyət göstərir.Yerli vaxtla saat 19:00-da başa çatacaq səsvermənin nəticələri 20 gün ərzində açıqlanacaq.xeber100.com

Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub

Fevralın 5-də Londonda Beynəlxalq Avtomobil Federasiyasının (FIA) biryerlik maşınlarında yürüş üzrə direktoru Nikolas Tombasisin və Formula 1-in prezidenti Stefano Domenikalinin sədrliyi ilə Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub. Xarici media xəbər verir ki, iclasda bir sıra məsələlər nəzərdən keçirilib, o cümlədən 2024-cü ildən qüvvəyə minəcək sprintli yürüş uik-endinin yeni formatı təsdiqlənib. Yeni format bu şəkildədir: cümə günü sprintdən əvvəl yeganə məşq və təsnifat. Şənbə günü sprint və yürüşdən əvvəl əsas təsnifat, bazar günü isə yürüş. Bu dəyişikliklər FIA-nın fevralın 28-də keçiriləcək Ümumdünya Şurasında rəsmi şəkildə təsdiqlənməlidir. Komissiyanın iclasında texniki və idman reqlamentlərinə də dəyişikliklər olunub. 2024-2025-ci illərdə bir pilot üçün mövsüm ərzində güc qurğularının sayının artırılaraq dördə çatdırılması təklifi bəyənilib. Eləcə də yürüş zamanı DRS-ni (Drag Reduction System – ön müqavimətin azaldılması sistemi) startdan bir dövrə vurduqdan və yaxud təhlükəsizlik avtomobili trasdan çıxdıqdan sonra restartın ardınca aktivləşdirmək mümkündür. Вundan əvvəl yalnız iki dövrədən sonra DRS-nin istifadəsinə icazə verilirdi. Bundan başqa, Formula 1 Komissiyası 2026-cı ilin reqlamentinə dair bir sıra mövzuları, xüsusən maliyyə və dayanıqlı inkişaf məsələlərini müzakirə edib. 2024-cü il üçün texniki, idman və maliyyə reqlamentlərinə də cüzi dəyişikliklər edilib.xeber100.com

Fevral 6, 2024 14:51

“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb

“SpaceX” kompaniyasının “Falcon 9” daşıyıcı raketi qlobal internet şəbəkəsi üçün nəzərdə tutulan 22 “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb. “SpaceX” kompaniyasının məlumatına görə, “Falcon 9” yanvarın 23-də ABŞ-ın Sakit Okean sahilləri vaxtı ilə saat 16:35-də Birləşmiş Ştatların Kosmik Qüvvələrinin Kaliforniya ştatında yerləşən Vandenberq bazasından start götürüb. Daşıyıcı raketin artıq 16-cı dəfədir istifadə olunan birinci pilləsi Sakit okeandakı “Of Course I Still Love You” dəniz platformasına eniş edib. “SpaceX” indiyədək kosmik fəzaya ümumilikdə 5,7 mindən çox peyk buraxıb. Onların bəziləri sıradan çıxıb, 5,3 mindən çoxu isə işlək vəziyyətdədir. Kompaniyanın layihəsi olan “Starlink” internet şəbəkəsi dünyanın 70 ölkəsində əlçatandır. Pentaqonun məlumatına görə, onun xidmətindən ABŞ hərbçiləri də istifadə edirlər. Dünyanın ən böyük peyk operatoru olan “SpaceX” orbitə ümumilikdə 12 minə yaxın kosmik aparat çıxarmaq niyyətindədir. Təxminən 10 milyard dollara başa gələcək layihə planetin istənilən guşəsində genişzolaqlı internetə çıxışı təmin etməyə imkan yaradacaq. Kompaniya növbəti mərhələdə orbital qruplaşmadakı kosmik aparatların sayını 30 minə çatdırmağı planlaşdırır.xeber100.com

Yanvar 24, 2024 11:42