“Williams” komandası Formula 1 Azərbaycan Qran-Prisinin stüardlarına ötən yürüş vaxtı qəbul etdikləri üç qərara yenidən baxmaq xahişi ilə müraciət edib. Formula 1 qaydalarına əsasən, yeni mühüm səbəblər aşkar olunanda bu cür protestlər verilə bilər.Azərtac xəbər verir ki, söhbət üç bolidin iştirakı ilə (Alonso, Sirotkin və Hülkenberq) baş verən insidentdən, birinci dövrənin ikinci döngəsində Sergey Sirotkinin Serxio Pereslə toqquşmasından və bu səbəbdən rusiyalının Barselona Qran-Prisinin start meydançasında 3 yer itirməklə cərimələnməsindən, Fernando Alonsonun isə bolidi faktiki olaraq, iki təkər üzərində boksa çatdırmasından və daha sonra mübarizəni davam etdirməsindən gedir.Bundan başqa, “Williams” stüardlardan xahiş edir ki, birinci dövrədə Esteban Okon ilə Kimi Raykkonenin maşınlarının toqquşmasını və Kevin Maqnussen ilə Pyer Qasli arasında baş verən insidenti yenidən nəzərdən keçirsin.Bakıda bu qərarı verən həmin 3 stüardı (Harri Konelli, Dennis Din və Tom Kristensen) bir yerə toplamaqdan ötrü Beynəlxalq Avtomobil Federasiyasında (FIA) onlarla videoəlaqə yaradılacaq və “Williams”ın qarşıya qoyduğu məsələ telekonfrans rejimində müzakirə olunacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…