“Google” şirkəti “Windows” üçün “Chrome” brauzerinin masaüstü versiyası ilə müasir antivirusların əsas funksiyalarının inteqrasiyasını elan edib. Bu yenilik istifadəçiləri hər hansı faylı, zərərverici proqramları yüklədikdən sonra standart axtarış sisteminin dəyişdirilməsindən qoruyacaq.“4pda.ru” saytı xəbər verir ki, “Google” şirkəti bundan başqa “Chrome Cleanup” təminatını yeniləyib. Axtarış nəhəngi virusların silinməsini sadələşdirmək üçün antivirus proqram təminatının hazırlanması və kompüter təhlükəsizliyi sahəsində həllər üzrə ixtisaslaşmış “Eset” şirkəti ilə əməkdaşlığa başlayıb. “Chrome” brauzeri virus aşkarladıqda istifadəçi müvafiq xəbərdarlıq alacaq və təmizlik aparmaq üçün yalnız bir düyməni sıxmaq kifayət edəcək.Məlumatda qeyd edilir ki, “Chrome Cleanup” universal antivirus həlli deyil, buna görə də şirkət əlavə proqram təminatından istifadə etməyi tövsiyə edir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…