“Rapha” beynəlxalq həvəskar velosiped klubunun nümayəndəsi Castin Heyin təşəbbüsü və Azərbaycanın “Cyclemania Lady” qrupunun rəhbəri Günay İmanovanın təşkilatçılığı ilə “Women 100” adlı veloyürüş keçirilib.Azərtac xəbər verir ki, Azərbaycanda ilk dəfə baş tutan bu veloyürüş hər il “Rapha”nın dəstəyi ilə dünyanın müxtəlif ölkələrində təşkil olunur.Yürüşdə “Cyclemania Lady” həvəskar velosipedçilər qrupunun 7 aktiv qadın üzvü – Günay İmanova, Leyla Mirzəzadə, Rəbiyyə Oruclu, Səyyarə Hüseynli, Qumral Seyidova, Fidan Rəhimova və Gülşən Qaraşova iştirak edib.Veloyürüş zamanı xanım velosipedçilər Şamaxı-İsmayıllı-Göyçay-Ağsu marşrutu üzrə 100 kilometr məsafə qət ediblər və qarşıya qoyulan vəzifənin öhdəsindən müvəffəqiyyətlə gəliblər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…