Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının İdarəedicilər Şurasının Vaşinqtonda keçirilən illik iclasında “Global Finance” işgüzar nəşrinin təsis etdiyi beynəlxalq “World’s Best Banks” mükafatı laureatlarının mükafatlandırma mərasimində “PAŞA Bank” “Azərbaycanın ən yaxşı bankı 2016” mükafatına layiq görülüb. Bu barədə bankdan Azərtac-a verilən məlumatda bildirilir.“PAŞA Bank”ın idarə heyətinin sədri Taleh Kazımov qeyd edib ki, fəaliyyəti dövründə bank ən yaxşı dünya təcrübələrinə əsaslanıb və bu proses davam edir. Bank hazırda Azərbaycan, Gürcüstan və Türkiyədə öz müştərilərinə ən yüksək səviyyədə geniş xidmətlər spektrini təqdim edir. Bazar şəraitinin dəyişməsinə baxmayaraq, 2016-cı ildə bank həm kredit portfelinin keyfiyyətini yüksək səviyyədə təmin edir, həm də biznesin həcmlərini artırır. Qeyd edək ki, “Global Finance” jurnalı 1987-ci ildən dərc olunur və 180 ölkədə yayılır. Jurnalın redaksiyası dünyada baş verən ən mühüm maliyyə hadisələrini təhlil edir, habelə Mərkəzi və Şərqi Avropa, Asiya-Sakit okean regionu, Yaxın Şərq və Afrika və s. bu kimi regionlarda bank tədqiqatları aparır.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…