WTA kateqoriyalı turnir təxirə salınıb

11 Aprel 2020 22:27

Xəbər 565 dəfə oxunub

Avqustun 7-16-da Kanadanın Monreal şəhərində keçirilməsi nəzərdə tutulan WTA (Qadın Tennisçilər Assosiasiyası) kateqoriyalı turnir təxirə salınıb.Azərtac xəbər verir ki, təşkilatçılar bu qərarı ölkədə koronavirus pandemiyasının geniş yayılmasının qarşısını almaq məqsədilə qəbul ediblər.Monreal səhərinin yerləşdiyi Kvebek əyalətinin rəhbərliyi avqustun 31-dək bütün idman yarışlarının keçirilməsini ləğv edib.Qeyd edək ki, bir müddət əvvəl iyunun 14-də Kanadada keçirilməsi planlaşdırılan “Formula 1” yürüşü də qeyri-müəyyən vaxta təxirə salınıb.xeber100.com