“WTT YOUTH CONTENDER TBILISI” turnirinə start veriləcək

18 Sentyabr 2022 10:14

Xəbər 575 dəfə oxunub

Sentyabrın 19-da Gürcüstanın paytaxtı Tbilisi şəhərində “WTT YOUTH CONTENDER TBILISI” turnirinə start veriləcək.Yeniyetmələrdən ibarət Azərbaycan millisi bu yarışda həm oğlanların, həm də qızların turnirində təmsil olunacaq.Oğlanların sentyabrın 19-dan 21-dək keçiriləcək yarışında böyük məşqçi Fərhad İsmayılov və məşqçi Ramil Cəfərovun rəhbərliyi ilə Adil Əhmədzadə, Rüstəm Hacılı, Hüseyn Eylazov və Onur Quluzadə bacarığını göstərəcək.Seçməmiz artıq Tbilisidədir.Komandamız bu gün ASTF-nin vitse-prezidenti Elmar İslam və baş katibi Könül Mikayılovanın rəhbərliyi ilə qonşu ölkəyə yola düşüb.Qızlardan ibarət komanda isə sentyabrın 22-də Gürcüstana yollanacaq.xeber100.com