Mayın 11-də Moskvada “Xəzər dialoqu” Beynəlxalq Assambleyası keçiriləcək.Assambleyanın əsas təşkilatçısı və operatoru “Xəzərin elm və innovasiyaları” Assosiasiyasıdır. Əyani və onlayn formatda keçiriləcək Assambleya çərçivəsində “Xəzər dialoqu – yeni şəraitdə inkişaf” plenar sessiyası, Xəzər diplomatik görüşlər, ekspert platformaları, “Xəzər bizim evimizdir” fotosərgi və “Xəzəryanı dövlətlərin informasiya məkanında Xəzər dənizinin çağırışları və problemləri” mövzusunda dəyirmi masanın keçirilməsi planlaşdırılır.Hazırda Azərbaycan da daxil olmaqla, 7 ölkədən 215 nəfər Assambleyanın tədbirlərində iştirakını təsdiqləyib.Beynəlxalq Assambleyanın məruzəçiləri və diskussiyalarda iştirak edənlər arasında MDB İcraiyyə Komitəsinin, Azərbaycan, İran, Qazaxıstan, Türkmənistan, Belarus və Niderland şirkətləri və kütləvi informasiya vasitələrinin, Tehran Konvensiyası, Xəzər Komitəsinin katibliyinin, hakimiyyət orqanları, elmi və təhsil müəssisələri, təbiəti mühafizə təşkilatlarının rəhbərləri və nümayəndələri var.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…