“Xəzər” futbol klubu növbəti transferini reallaşdırıb

31 Yanvar 2018 14:52

Xəbər 911 dəfə oxunub

Birinci Divizion təmsilçisi “Xəzər” futbol klubu mövsümün ikinci yarısına hazırlıq çərçivəsində növbəti transferini reallaşdırıb.Azərtac kluba istinadla xəbər verir ki, əldə olunmuş razılığa əsasən, mövsümün ilk yarısını Şimali Kiprin “Yeniboğaziçi” komandasında keçirən Nodar Məmmədovla mövsümün sonunadək müqavilə imzalanıb.“Şahdağ” futbol klubunun yetirməsi olan 30 yaşlı müdafiəçi müxtəlif illərdə “Qarabağ”, MOİK, “Qəbələ”, “Rəvan”, “Sumqayıt” və “Xəzər-Lənkəran” klublarında da oynayıb.xeber100.com