“Xəzər” klubu yoxlama oyunu keçirəcək

28 Dekabr 2017 12:16

Xəbər 912 dəfə oxunub

Birinci Divizion təmsilçisi “Xəzər” futbol klubu 2017/2018-ci il mövsümünün ikinci yarısına hazırlığa yanvarın 4-də start verəcək.Azərtac kluba istinadla xəbər verir ki, hazırlığın ilk mərhələsi Bakıda keçiriləcək. Futbolçular əvvəlcə tibbi müayinədən keçəcəklər.Yanvarın 16-dan fevralın 3-dək hazırlığın əsas mərhələsi Antalyada olacaq. Hazırlıq çərçivəsində “Xəzər” beş yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.xeber100.com