Bu gün X Astana İqtisadi Forumu (AİF) işə başlayıb. Forumda dünyada tanınan iri maliyyə qurumlarının, beynəlxalq təşkilatların rəhbərləri, Nobel mükafatı laureatları, alimlər, siyasətçilər, ekspert birliyinin nümayəndələri iştirak edirlər.Əsas mövzusu “Yeni enerji – Yeni iqtisadiyyat” olan АİF-ə dünyanın 40 ölkəsindən nümayəndə qatılıb.Bu il forum çərçivəsində IV Beynəlxalq Yeni İpək Yolu nəqliyyat-logistika forumu da keçirilir.“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın baş direktoru Taleh Ziyadov “Şərq-Qərb” istiqamətində: Yeni İpək Yolu” mövzusunda keçiriləcək plenar iclasda iştirak edəcəklər.Forumda “Dünya, Avropa və Asiya bazarlarında tendensiyalar. Bu tendensiyaların transkontenental marşrutlara təsiri”, “Multimodal daşımaların səmərəliliyinin artırılması üzrə tədbirlər”, “Bazarın yeni seqmentlərinin yaranması, nəqliyyat-logistika kompleksinin inkişafının nəticəsi”, “Beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında dövlətlərarası əməkdaşlığın rolu”, “Avrasiya tranzit dəhlizləri: İpək Yolunun bərpası” mövzuları müzakirə olunacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…