İsveçrə hökumətinin maliyyə dəstəyi, Beynəlxalq Valyuta Fondunun statistika departamentinin və Azərbaycan Mərkəzi Bankının təşkilatçılığı ilə Bakıda Azərbaycan, Gürcüstan, Moldova, Belarus, Qırğızıstan və Tacikistan nümayəndələrinin iştirakı ilə “Xarici sektorun statistikasının təkmilləşdirilməsi” mövzusunda beynəlxalq seminar keçirilir. Mərkəzi Bankın mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, müzakirə sessiyalarında müvafiq ölkələrin mərkəzi banklarının, maliyyə nazirliklərinin, dövlət statistika və gömrük komitələrinin nümayəndələrinin birgə iştirakı ilə xarici sektorun statistikasının (tədiyyə balansı, xarici borc və beynəlxalq investisiyalar balansı statistikası) tərtibində praktiki və nəzəri metodoloji məsələlər ətraflı müzakirə olunur. Seminarı əhatə edən mövzular ölkənin tədiyyə balansı və beynəlxalq investisiyalar mövqeyi statistikasının təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Seminar iyulun 1-dək davam edəcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…