Mayın 17-də Bakı Ekspo Mərkəzində XXIII Azərbaycan Beynəlxalq Qida Sənayesi “WorldFood Azerbaijan 2017” və XI Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “CaspianAgro 2017” sərgiləri açılıb.Azərtac xəbər verir ki, sərgidə çıxış edən kənd təsərrüfatı naziri Heydər Əsədov deyib ki, bu ilin 4 ayında kənd təsərrüfatı məhsullarının ixracı 44 faiz artıb. Son illər aqrar sektorun yeni siması formalaşıb. Aqrar sektor artıq özünün ixrac qabiliyyətini sübut etməyə başlayıb. Belə bir sərginin təşkili ölkələrin mövcud potensialının nümayiş etdirilməsi, yeni texnologiyaların ötürülməsində, ərzaq təhlükəsizliyinin təmin edilməsində, işgüzar münasibətlərin qurulmasında müstəsna rol oynayır. Bugünkü sərgidə dünyanın 28 ölkəsini təmsil edən 331 şirkətin iştirak etdiyini deyən nazir şirkətlərin 70 faizinin xarici eksponentlər, 30 faizini isə yerli şirkətlər təşkil etdiyini bildirib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…