Bakıda Boks Mərkəzində keçirilən XI “Baku open” beynəlxalq karate turniri başa çatıb.Azərtac xəbər verir ki, yarışın son günündə 6-7, 8-9 yaşlı oğlanlar və qızlar mübarizə aparıblar. Hər iki yaş qrupunda Azərbaycan karateçiləri fərqləniblər.Oğlanlar arasında kata yarışlarında Məhəmməd Səttarzadə və Məhəmməd Hüseynquliyev, qızlar arasında Elnurə Əzimzadə və Mədinə Nəzərli birinci yeri tutublar.6-7 yaşlı oğlanlar arasında Hüseyn Abdullayev (20 kq), Həşim Harunzadə (23 kq), Zamiq Əliyev (28 kq), Malik Məmmədli (+28), 8-9 yaşlı oğlanlar arasında isə Fərid Həsənli (23 kq), İsmayıl Əhmədzadə (28 kq), Əbülfəz Rəfiyev (33 kq), Marat Semixov (38 kq), və Şamo Kamilov (+38 kq) qalib olublar.Aybikə Quluzadə (20 kq), Xədicə Qasımova (25 kq) 6-7 yaşlı, Şəhanə Göyüşlü (25 kq), Nigar Xanvəliyeva (30 kq), Şövkət İbrahimli (35 kq), Mədinə Kazımova (+35 kq) isə 8-9 yaşlı qızların yarışında birinci yerə layiq görülüblər.Yarışların yekununa görə, ümumi komanda hesabında Azərbaycan 79 qızıl medalla birinci yeri tutub.Turnir dünya şöhrətli idmançı Rafael Ağayevin 35 illik yubileyinə həsr olunub. Turnirdə Azərbaycanla yanaşı, Türkiyə, Malayziya, Misir, Gürcüstan, İsveçrə və Rusiyadan 672 idmançı iştirak edib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…