XII Respublika Oyunlarının final mərhələsi keçirilib

7 Noyabr 2017 10:28

Xəbər 887 dəfə oxunub

Oğuzda Gənclər və İdman Nazirliyinin və Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) birgə təşkil etdiyi stolüstü tennis üzrə yeniyetmələrin 12-ci Respublika Oyunlarının final mərhələsi keçirilib.ASTF-dan Azərtac-a bildirilib ki, qızlar arasında yarışda birinci yerin qalibi “Sumqayıt 1” komandası olub. İkinci yerdə 1 nömrəli Respublika İxtisaslaşmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin təmsilçiləri, üçüncü pillədə “Şəki” komandası qərarlaşıblar.Oğlanların mübarizəsində isə birinci yeri 13 nömrəli İxtisaslaşmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat İdman Məktəbinin təmsilçiləri tutublar. “Sumqayıt 1” komandası ikinci, “Şəki” kollektivi üçüncü olublar.xeber100.com