XIII Respublika Spartakiadası davam edir

17 Noyabr 2017 13:38

Xəbər 777 dəfə oxunub

“Gənclik “Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında XIII Respublika Spartakiadası davam edir.Azərtac xəbər verir ki, spartakiadanın təqvim planına idmanın 6 növü daxil edilib. Qızlar və oğlanlar arasında atletika, şahmat, dama, voleybol, basketbol və stolüstü tennis üzrə yarışlar keçirilir.Şahmat üzrə yarış Azərbaycan Dövlət Pedaqoji Kollecin idman zalında təşkil olunub.Gərgin idman mübarizəsi şəraitində keçən yarışda oğlanların mübarizəsində Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbələri qalib adını qazanıblar. Qızların yarışında isə Bakı 2 nömrəli Baza Tibb Kollecinin komandası fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.xeber100.com