XIX açıq respublika çempionatı keçiriləcək

20 Dekabr 2017 13:51

Xəbər 739 dəfə oxunub

Dekabrın 23-də Gənclər və İdman Nazirliyi, Döyüş Növlər Şurası və Azərbaycan Kyokşin Karate Federasiyasının (AKKF) birgə təşkilatçılığı ilə XIX açıq respublika çempionatı keçiriləcək.AKKF-dən Azərtac-a bildirilib ki, çempionatda bütün yaş kateqoriyalarında kişilər və qadınlar arasında qalib adı uğrunda mübarizə gedəcək.Yarışda Azərbaycanın bir çox bölgəsindən 250-ə yaxın idmançı iştirak edəcək.Qeyd edək ki, çempionat Bakı İdman Sarayında keçiriləcək. Yarışın keçirilməsində əsas məqsəd 2018-ci il üçün yığma komandanın heyətini formalaşdırmaqdır.xeber100.com