Xocalı faciəsinin 26-cı ildönümü münasibətilə bir qrup alpinist Kiçik Qafqazın şimal-şərqində yerləşən Qoşqar zirvəsinə yürüş edib.Azərtac xəbər verir ki, beş nəfərlik alpinist qrupunun yürüşü fevralın 25-də zirvədə “Xocalıya ədalət!” posterinin açılması ilə yekunlaşıb.“Everest” İdman Klubunun təşkil etdiyi yürüş Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin dəstəyi ilə reallaşıb. Yürüşdə peşəkar dağçılar Turan Əhmədov, Emin Mirzəyev, Rinad Rəhimxanov, Natiq Yusifli, Anar Abbasov və Turan Əhmədov iştirak edib.Yürüşün təşkil olunmasında əsas məqsəd gənc nəslin diqqətini Xocalı faciəsinə yönəltməklə yanaşı, sağlam həyat tərzini təbliğ etmək, idmanın bu növünü tanıtmaq və ona olan marağı artırmaqdan ibarətdir.Daşkəsən rayonu ərazisində yerləşən 3 min 361 metr yüksəklikdəki Qoşqar zirvəsi Kiçik Qafqaz sıra dağlarına aiddir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…