Xorvatiya Futbol Assosiasiyasının məlumatı

17 Noyabr 2017 14:09

Xəbər 1024 dəfə oxunub

Futbol üzrə Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliçin yığmadakı taleyinə aydınlıq gəlib.Azərtac xəbər verir ki, Xorvatiya Futbol Assosiasiyasının rəsmi saytının yaydığı xəbərə görə, o, vəzifəsində qalıb. Gələn həftə 51 yaşlı mütəxəssislə müqavilə imzalanacaq.Komandanı gələn il Rusiyada keçiriləcək dünya çempionatına məhz Daliç aparacaq.Qeyd edək ki, Ante Çaçiçin istefaya göndərilməsindən sonra Xorvatiya Futbol Assosiasiyası Zlatko Daliçi müvəqqəti bu vəzifəyə təyin etmişdi.xeber100.com