Futbol üzrə Xorvatiya millisi ikinci dəfə dünya çempionatının bürünc medalına sahib olub. Qətərdə keçirilən dünya çempionatında Xorvatiya millisi Mərakeş yığması ilə qarşılaşıb. Matçda hesabı Xorvatiya millisi açıb. Oyunun 7-ci dəqiqəsində Yosko Qvardiol fərqlənib. İki dəqiqə sonra mərakeşli futbolçu Əşrəf Dari hesaba tarazlıq gətirib. Qarşılaşmanın 42-ci dəqiqəsində Mislav Orsiç Xorvatiya millisini hesabda önə keçirib. Avropa təmsilçisi fasiləyə üstün yollanıb – 2:1. Qarşılıqlı hücumlar şəraitində keçən ikinci hissədə komandalar fərqlənə bilməyiblər. Beləliklə, rəqibini 2:1 hesabı ilə məğlub edən Xorvatiya seçməsi mundialı üçüncü pillədə başa vurub. Xorvatiya millisi ikinci dəfə dünya üçüncüsü olub. Komanda ilk dəfə 1998-ci ildə Niderlandı 2:1 hesabı ilə məğlub edərək bu titula sahib çıxıb. Qeyd edək ki, dünya çempionatına dekabrın 18-də Argentina və Fransa milli komandaları arasında keçiriləcək final matçı ilə yekun vurulacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…