Xorvatiyada ən yüksək təhlükə – qırmızı təhlükə kodu elan edilib

11 İyul 2021 14:26

Xəbər 123 dəfə oxunub

Xorvatiyada kəskin istilər səbəbindən ən yüksək təhlükə – qırmızı təhlükə kodu elan edilib.Azərtac xəbər verir ki, Zaqreb, Osijecko-Baranja və Karlovatska bölgələrində havanın temperaturu gün ərzində müsbət 40 dərəcəyə qədər yüksəlib. Zaqrebin bir sıra bölgələrində 39 dərəcə isti qeydə alınıb.Meteoroloqların proqnozlarına görə, istilərin bir neçə gündən sonra geri çəkiləcəyi ehtimalı var. Bununla belə, vətəndaşlara xüsusilə yaşlılara ehtiyac olmadıqda evlərindən çıxmağı məsləhət görülmür.xeber100.com