Xroniki xəstəliklərin oyanma səbəbi

19 Aprel 2016 13:26

Xəbər 1189 dəfə oxunub

KANAL S (REGİON TV) xəbər verir ki, soyuqların bitməsi, baharın gəlişi əhval-ruhiyyəmizə yaxşı təsir edir. Lakin isti hava, günəş, çiçəklərin və ağacların tumurcuqlaması bəzi xroniki xəstəliklərin oyanmasına səbəb olur. Terapevt Səyalı Rəsulovanın sözlərinə görə, adətən bu vaxtlarda bəzi insanlarda allergik əlamətlər özünü biruzə verir. Mövsümi allergiyalar təbiətdə baş verən dəyişikliklərlə əlaqədardır. Onun sözlərinə görə, allergik xəstəliklər ilin bütün fəsillərində baş verə bilər. Lakin insan orqanizmindən asılı olaraq bəzi allergiyalar mövsümi xarakter daşıdığından, əsasən yaz və payız aylarında özünü daha qabarıq şəkildə göstərir. Baharın gəlişi ilə orqanizmin müxtəlif nahiyələrində əmələ gələn qıcıqlanmalar narahatlığa əsas verir. El arasında “Bahar xəstəliyi” də adlanan  allergiya ağacların çiçək açdığı ərəfədə daha da fəallaşır. Səbəb isə çiçəklərin tozlanması dövründə havada allergik maddalərin miqdarının artmasıdır. Dəridə, gözdə qızartı, qaşınma, səpmə və bu kimi əlamətlər meydana çıxdıqda dərman və ya digər müalicəvi üsullardan istifadə etməzdən öncə mütləq həkimə müraciət edilməlidir. Sözsüz ki, yaz fəslində ətraf mühitə xüsusi gözəllik verən çiçəklər nə qədər göz oxşasa da, zərərli tərəflərindən də qorunmaq lazımdır. Əks təqdirdə səhhətinizdə problem yaşanacağı qaçılmaz olacaq. Bunun üçün isə özünüzə bir neçə qayda hazırlamalı, xüsuilə maskalardan istifadə etməli, müalicəni vaxtında edib özünüzü qorumalısınız.xeber100.com

 

Koronavirusun yeni variantı ilə bağlı əhaliyə xəbərdarlıq edilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virusla bağlı əhaliyə xəbərdarlıq edib. TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva açıqlamasında bildirib ki, artıq bir neçə aydır COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virus son zamanlar bütün dünyada sürətlə yayılmaqdadır. O bildirib ki, xüsusilə ABŞ, Çin, Böyük Britaniya və Avropanın digər ölkələrində yeni yoluxmalara və yoluxma saylarında artıma səbəb olub: "Bu hal ilk dəfə deyil, daha öncə də COVID-19-un digər ştammlarında qeydə alınıb. Tendensiya onu göstərir ki, hər bir yeni yaranmış ştam özündən öncəki ştammdan daha yüngül simptomlara malik olur. Lakin yeni ştammlarların yoluxduruculuq qabiliyyəti əvvəlkilərdən yüksək olması ilə fərqlənir. Bu isə qısa zamanda kütləvi yoluxmalara səbəb olur". Hazırda Azərbaycanda COVID-19 xəstəliyinin yeni ştamına yoluxma hallarına rast gəlinmədiyini xatırladan TƏBİB rəsmisi vurğulayıb ki, insanların böyük əksəriyyəti COVID-19 xəstəliyini artıq keçirib və sağalıb: "Ölkədə peyvəndlənmə faizi də qənaətbəxş hesab ediləcək səviyyədədir. COVID-19-un alt variantı olan EG.5-ə qarşı xüsusi peyvənd növünün hazırlanması və xüsusi peyvəndlənmə prosesinin başlanılması barədə beynəlxalq protokollarda tövsiyələr mövcud deyil. Hər zaman olduğu kimi, COVID-19-un bütün ştammlarına qarşı risk qrupuna daxil olan şəxslər daha diqqətli olmalıdırlar. Risk qrupuna yanaşı və xroniki xəstəlikləri olanlar, peyvənd olunmayan şəxslər daxildir". Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə dünya üzrə son zamanlar COVID-19-a yoluxanların sayı 38 % artıb. Belə ki, Koreya, İtaliya, Böyük Britaniya, Avstraliya və Sinqapurda yoluxma sayında kəskin artım qeydə alınıb. Hazırda ABŞ-da COVİD-ə yoluxma 2020-ci ilin ilk pandemiyasının statistikasına yaxınlaşır. Ölüm halları avqust ayı ilə müqayisədə 5% artıb. Qardaş Türkiyədə isə yeni ştamla əlaqəli həyəcan təbili çalınıb.xeber100.com

Sentyabr 18, 2023 14:05