İyulun 25-də XV Avropa Gənclər Olimpiya Festivalının cüdo yarışlarının ikinci günündə Azərbaycan idmançıları inamlı çıxışlarını davam etdirirlər.Azərtac xəbər verir ki, Heydər Əliyev adına İdman Arenasında keçirilən yarışların ikinci günündə Azərbaycan təmsilçisi Aytac Qardaşxanlı (57 kq) onaltıdabir finalda Finlandiya təmsilçisi Erika Vauhkoneni məğlub edib – 10:0. Qadın cüdoçumuz səkkizdəbir finalda Böyük Britaniya təmsilçisi İzobel Kitçenə ipponla qalib gələrək dörddəbir finala vəsiqə qazanıb.Oğlanların mübarizəsində isə səkkizdəbir finalda Mətin Rzazadə (66 kq) Elquca Şinçaraşviliyə (Gürcüstan) ipponla qalib gəlib. Növbəti mərhələdə onun rəqibi rusiyalı Sayxan Şabixanovdur.Komandamızın bayraqdarı Vüqar Talıbov (73 kq) isə səkkizdəbir finalda Belarus idmançısı Dzianis Yauseyenkanı ipponla məğlub edib. Dörddəbir finalda onun rəqibi çexiyalı Adam Kopeçki olacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…